Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr və Yaxın Şərqdəki son vəziyyət müzakirə olunub.
Şərif sülh üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıb. O, İran və ABŞ arasında əldə olunan razılaşmanı bölgədə davamlı sülh üçün ən real yol adlandırıb. Şərif Pakistan və İran arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
//Nəzər.Media
