ABŞ Federal Ticarət Komissiyası və 22 ştat “Amazon”a qarşı məhkəməyə müraciət edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şirkət reklam verənlərdən gizli şəkildə artıq ödəniş almaqda ittiham olunur.
İddiaya görə, bu üsuldan təxminən 1,2 milyon reklamverən zərər çəkib. “Amazon”un gizli əlavə ödənişlərlə 20 milyard dollardan çox gəlir əldə etdiyi bildirilir. Məhkəmə işi şirkətin reklam hərraclarında tətbiq etdiyi qiymət sistemi ilə bağlıdır.
//Nəzər.Media
