ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə etməyəcəyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp belə bir silaha ehtiyac olmadığını deyib.
Tramp İrana qarşı əməliyyatların məhdud xarakter daşıdığını bildirib. O, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edib. Tramp ABŞ-ın İranla bağlı siyasətində bundan sonra nə baş verəcəyini zamanın göstərəcəyini deyib.
//Nəzər.Media
