Pakistanda faciəvi hadisə baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Peşəvər şəhərində baş verib.
Hadisə zamanı məktəbin tavanı çöküb. Hadisə zamanı 18 nəfər ölüb. Onlardan biri müəllim, digər 17-si şagirdir. Çox sayda insan dağıntılar altında qalıb.Yaralılar xəstəxanalara çatdırılıb. Xilasetmə qrupları dağıntılar altında qalanları axtarmağa davam edir.
//Nəzər.Media
