Pakistanda terror aktı baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva ştatında baş verib.
Terror aktı zamanı partlayıcı ilə yüklənmiş avtomobil polis bölməsinə hücum edib. Hadisə zamanı 5 nəfər ölüb. Ölənlərdən 4-nün bir ailənin üzvü olduğu bildirilir. Hadisə zamanı 13 nəfər yaralanıb. Yaralılardan biri polis əməkdaşıdır. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bölmənin ətrafında dağıntı əmələ gəlib. Bəzi şəxslərin dağıntıların altında qaldığı ehtimal olunur.
//Nəzər.Media
