Pakistanda sərnişin qatarı relsdən çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qəza Pəncab vilayətinin Şer Şah şəhərində baş verib.
Kəraçidən Peşəvərə gedən qatarın 14 vaqonu relsdən çıxıb. Qəza nəticəsində 5 nəfər ölüb. Daha 49 nəfər yaralanıb və qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
