Fransanın paytaxtı Parisdə bıçaqlı hücum olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 qadın xəsarət alıb.
Yaralananlardan birinin hamilə olduğu bildirilib. Onlar xəstəxanaya çatdırılıb və həyatlarına təhlükə olmadığı açıqlanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb. Onu növbədə olmayan polis əməkdaşı zərərsizləşdirib. Faktla bağlı prokurorluq araşdırmaya başlayıb. Hücumun motivi hələlik məlum deyil.
//Nəzər.Media
