• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul, 26 / 22:19
A A
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Nəzər.Media “Qafqazinfoya” istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, Makron Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə bir daha təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumata görə, həmsöhbətlər strateji tərəfdaşlığın gündəliyində duran məsələləri nəzərdən keçiriblər. Həmçinin ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı hazır olmaq niyyəti təsdiqlənib.

Qeyd olunub ki, Paşinyan Ermənistanda həyata keçirilən demokratik islahatlara Fransanın göstərdiyi davamlı dəstəyə görə Makrona təşəkkür edib. O, həmçinin ticari-iqtisadi əlaqələrin genişlənməsinin və Ermənistanın ixrac imkanlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının inkişafı, regional və beynəlxalq gündəlikdə olan məsələlər də atraflı müzakirə olunub.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunaraq Cənubi Qafqazda sabit və davamlı sülhün təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Previous Post

Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib

Next Post

Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.