Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib.
Aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:
“Məni izləmək məcburiyyətində deyilsiniz. Bunların arasında həmkarlarım, müğənnilər də var. Əgər paylaşımlarımı bəyənmirsinizsə, rahatlıqla izləmədən çıxın. İzləyib, eyni zamanda heç nəyi bəyənməməyin mənası yoxdur. İncimirəm, əksinə, kimlərin izləmədiyinə fikir verirəm. Vacib deyil ki, hər kəs hər kəsi izləsin. Çünki mən baxanda bəyənirəm də”.
A.Mərdanova insanların bir-birinə qarşı daha anlayışlı və mərhəmətli olmasının vacibliyini vurğulayıb:
“Rəylərə baxıram, düşünürəm ki, niyə insanlar bu qədər paxıl və aqressivdir? Bir az rahat olun, insanlara qarşı sevginiz, mərhəmətiniz olsun. Bu aqressiya sizi yaxşı yerə aparmayacaq”.
Aparıcı həmçinin şou-biznes nümayəndələri ilə işləməyin heç də asan olmadığını deyərək onları və bu sahədə çalışan televiziya əməkdaşlarını qınamamağa çağırıb:
“Şou verilişlərini aparmaq, müğənnilərlə işləmək çətindir. Tanınmışlarla işləmək, onların haqqında veriliş hazırlamaq, evinə getmək, mövzu etmək asan deyil. Özünüzün xoş günündə də, kefiniz olmayanda da müğənnilərə qulaq asırsınızsa, niyə onlara qarşı bu qədər aqressivsiniz? Səhnəyə ömrünü həsr edən Xalq artistləri var. Müğənnilərlə işləyən aparıcıları da qınamayın”.
Sonda Aytəkin saxta profillərdən neqativ rəy yazanlara səslənərək hər kəsə uğur arzulayıb:
“Paxıllar, saxta profillərlə mənfi rəy yazanlar rahatlaşın, uğur qazanın. Başqasına ağzınıza gələni yazmağı tövsiyə etmirəm. Hər kəs ürəyinin çörəyini yeyir. Aqresivliyiniz simanızda əks olunur. Özünüz görmürsünüz, amma kənardan çox görünür”.
//Axsam.az
