Danimarkanın paytaxtı Kopenhagen dünyanın ən yaşanılası şəhəri seçilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhər bu adı ardıcıl ikinci dəfə qazanıb.
“Economist Intelligence Unit” tərəfindən hazırlanan 2026-cı il Qlobal Yaşanıla Bilərlik İndeksində 173 şəhər qiymətləndirilib. Kopenhagen sabitlik, təhsil və infrastruktur sahələrində maksimum 100 bal toplayıb. Siyahıda ikinci yeri 97 balla Avstriyanın paytaxtı Vyana tutub. Melburn və Sidney üçüncü və dördüncü pillədə qərarlaşıb. İsveçrənin Sürix şəhəri isə 96 xalla ilk beşliyi tamamlayıb.
//Nəzər.Media
