İran müharibəsi ABŞ-nin raket ehtiyatlarına təsir edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə yeni iddialar yayılıb.
“Reuters”un məlumatına görə, döyüşlər zamanı uzaqmənzilli raketlər gözləniləndən çox istifadə olunub. Məlumata əsasən, ATACMS və PrSM raketlərinin böyük hissəsi artıq tükənib. Tomahawk qanadlı raketlərinin ehtiyatının da təxminən yarısının istifadə edildiyi bildirilir. Pentaqon isə sursat çatışmazlığı ilə bağlı iddiaları qəbul etmir. ABŞ Müdafiə Nazirliyi ehtiyatların əməliyyatlar üçün kifayət etdiyini açıqlayıb. Bununla yanaşı, ölkə Patriot və THAAD raketlərinin istehsalını artırmaq üçün yeni addımlar atıb.
//Nəzər.Media
