Avropa İttifaqı Sebtadakı vəziyyəti müzakirə edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İspaniyaya dəstək ifadə olunub.
İclasda üzv ölkələrin daxili işlər nazirləri iştirak ediblər. Bildirilib ki, sərhədi qanunsuz keçən 70 min nəfərin böyük hissəsi geri qayıdıb. Həmçinin Sebtadan materik İspaniyasına keçid qeydə alınmayıb. Avropa İttifaqı Şengen zonasının hadisədən təsirlənmədiyini açıqlayıb. Tərəflər insan alveri şəbəkələrinə qarşı mübarizənin və xarici sərhədlərin mühafizəsinin daha da gücləndirilməsi barədə razılığa gəliblər.
//Nəzər.Media
