İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a gedəcək.Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Pezeşkiyanın mətbuat heyətinə ABŞ vizası verilməyib.
Buna baxmayaraq, prezidentin görüşləri barədə məlumatların ictimaiyyətə çatdırılacağı bildirilib.
Pezeşkiyanın ABŞ səfərinin beş gün davam edəcəyi açıqlanıb.Səfər zamanı onun bəzi ölkələrin rəsmiləri ilə görüşəcəyi gözlənilir.
//Nəzər.Media
