PHP proqramlaşdırma dilində ciddi təhlükəsizlik boşluqları aşkarlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, problem səbəbindən bir sıra ölkələrin dövlət saytları müvəqqəti bağlanıb.
Aşkarlanan boşluqlar internet sistemlərinin təhlükəsizliyini riskə atıb. Mütəxəssislər problemin aradan qaldırılması üzərində işləyirlər. Təhlükənin miqyası və təsirlənən saytların sayı barədə ətraflı məlumat verilməyib.
//Nəzər.Media
