Polşanın Baş naziri Donald Tuska qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik qurumları hadisə ilə bağlı araşdırma aparır.
Daxili işlər naziri Marçin Kervinski saxlanılan şəxsin 60 yaşlarında olduğunu bildirib. Şübhəlinin internetdəki fəaliyyəti və əlaqələri araşdırılır. Müdafiə naziri Vladislav Kosinyak-Kamışın da mümkün hədəflər arasında olduğu bildirilir.
//Nəzər.Media
