Polşanın Vrotslav şəhərində İkinci Dünya müharibəsindən qalma 250 kiloqramlıq bomba tapılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, təhlükəsizlik məqsədilə təxminən 3 min nəfər ərazidən çıxarılıb.
Bomba tikinti sahəsində qazıntı zamanı aşkarlanıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, nəqliyyatda məhdudiyyətlər tətbiq olunub. Hərbçilər bombanı təhlükəsiz şəkildə ərazidən çıxarıblar.
//Nəzər.Media
