Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər şeyi edəcəklərini bildirib.
Putin ölkənin böyük sınaq dövründən keçdiyini deyib. O, Rusiya xalqının taleyinin təhlükə altında olduğunu vurğulayıb. Prezident iqtisadiyyatın sabit qaldığını da qeyd edib. Onun sözlərinə görə, Rusiya iqtisadi göstəricilərinə görə Avropada lider mövqedədir. Putin sabitliyin qorunması üçün sənaye və müdafiə sahələrinin vacibliyini xüsusi vurğulayıb.
//Nəzər.Media
