Rusiya Prezidenti Vladimir Putin qaz ixracı üzrə xüsusi ödəniş qaydasının müddətini uzadıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni qərara əsasən, xarici şirkətlər ödənişləri Qazprombankdan başqa banklar vasitəsilə də həyata keçirə biləcəklər.
Bu icazə oktyabrın 1-dək qüvvədə olacaq. Qərar Rusiyadan qaz alan xarici şirkətlərə şamil edilir. Moskva bununla ödəniş prosesinin davamlılığını təmin etməyə çalışır.
//Nəzər.Media
