Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanında pilotsuz uçuş aparatlarının sayını artıracaqlarını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın hava məkanının artıq təhlükəsiz olmadığını deyib.
Rusiya Prezidenti Vladimir Putin bu açıqlamanı dövlət terroruna cəhd kimi qiymətləndirib. Putin Ukraynanın danışıqlar təklifinə də toxunaraq terrorçularla danışıq aparılmır deyib. Zelenskinin açıqlamasından sonra Rusiyaya uçan bəzi təyyarələr geri qayıdıb və bir sıra reyslər ləğv edilib.
//Nəzər.Media
