Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış matçında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralar”la “ağ-qaralar”ın görüşünü Cavid Cəlilov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev (GK)(C)
4. Elvin Camalov
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
9. Karim Rossi
7. Bruno Silva
6. Xayme Syerra
12. Kouya Mabea
16. İsaak Amoah
5. Natan Monzanqo
80. Meşak Uboçioma
“Qəbələ”nin ehityat oyunçuları:
32. Artur Motta(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
81. Samir Ağayev
21. Ziya Şəkərxanov
19. Xəyyam Məmmədli
30. Cuma Hüseynov
24. İsmael Akinade
3. Edson Eduardo
“Qəbələ”nin baş məşqçisi:Amil Ağacanov
“Neftçi”nin start heyəti:
1. Emil Balayev(GK)
8. Emin Mahmudov (C)
3. Rüfət Abbasov
77. Falaye Sako
5. İqor Ribeyro
55. Endryu Qravilyon
33. Breno Almeyda
10. Freddi Varqas
88. Viçko Şevel
11. Alen Şkribek
27. Draqolyub Saviç
“Neftçi”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
91. Nurəziz Əzizov(GK)
14. Elvin Bədəlov
17. Murad Xaçayev
7. Emil Səfərov
24. Mustafa Sek
18. İfeanyi Metyu
97. Bassala Sambu
29. Lyubomir Tupta
26. Adeleke Akinyemi
22. Denzel Jubitana
20. Qustavo Klisman
“Neftçi”nin baş məşqçisi:Yuri Vernidub
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şəfa”nı qəbul edəcək. “Köhlən atlar”la Bakı təmsilçisinin görüşünü Vüqar Həsənli idarə edəcək.
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar”la “Pələnglər”in görüşünü Kamal Umudlu idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutuacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər”lə Muxtar Respublika təmsilçisnin görüşünü İnqilab Məmmədov idarə edəcək.
Günü və turun sonuncu qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Sarı-göylər”lə “kimyaçılar”ın görüşünü Əliyar Ağayev idarə edəcək.
