Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şəfa”nı qəbul edib. “Qırmızı-qaralar”la Bakı təmsilçisini görüşünü İnqilab Məmmədov idarə edib. Görüş 0:1 “Şəfa”nın xeyrinə başa çatıb.
. “Qəbələ” “Şəfa”
. 0 1
. 69.Musa Quel(0:1)
dddd
Bu gün daha bir görüş baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Mavi qartallar”la “pələnglər”in görüşünü Əli Əliyev idarə edəcək.
Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Boz qurd”la “şirlər”in görüşünü Rauf Cabarov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar”la Muxtar Respublika təmsilçisinin görüşünü Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, “Sabah”-“Sumqayıt” və “Qarabağ”-“Kəpəz” oyunları “Sabah” və “Qarabağ”ın Avrokuboklardakı oyunları ilə əlaqədar təxirə salınıb.
