Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Qırmızı-qaralar”la “şirlər”in oyununu Nicat İsmayıllı idarə edib. Görüş başladığı hesabla bitti.
“Qəbələ”-“Şamaxı”-0:0
Qollar:
Qırmızı vərəqələr:
Bu gün bir qarşılaşma tutacaq
Günün ikinci qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli”ni qəbul edəcək. Bakı təmsilçisi ilə “pələnglər”in görüşünü Tural Qurbanov idarə edəcək.
Turun digər görüşləri Bazar günü və Bazar ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda Qərb derbisində qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə şəhər stadionu”da “Turan Tovuz”u qəbul edəcək. “Sarı-göylər”lə “boz qurd”un oyununu Kamal Umudlu idarə edəcək.
Günün ikinci görüşündə “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Mavi qartllar”la “ağ-qaralar”ın görüşünü Elçin Məsiyev idarə edəcək.
Turun digər görüşləri Bazar ertəsi günü keçiriləcək. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena” “Qarabağ”ı qəbul edəcək. “Kimyaçılar”la “köhlən atlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
