Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani avqustun 27-də Tehrana səfər edəcək.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir səfər zamanı İran rəsmiləri ilə görüşlər keçirəcək.
Tərəflər bölgədə gərginliyin azaldılması və dialoq imkanlarını müzakirə edəcəklər. Görüşlərdə Hörmüz boğazında gəmi keçidlərinin bərpası məsələsi də müzakirə olunacaq. Qətər tərəfi problemlərin həllində diplomatiya və dialoqun əsas yol olduğunu bildirib.
//Nəzər.Media
