• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN

13 Oktyabr, 26 / 18:12
A A
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə dron hücumuna məruz qalan iki gəmidəki Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirib.

Bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə medianın suallarına cavabında məlumat verib.

Onun sözlərinə görə, 13 oktyabr tarixində gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb:

“Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür”.

O, həmçinin Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik şəraitinin qeyri-sabit olduğu ərazilərə səfərlərdən çəkinməyə çağırıb. Xüsusilə Qara və Azov dənizlərində, eləcə də riskli marşrutlarla hərəkət edən nəqliyyat vasitələrində əmək fəaliyyəti zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

//Nəzər.Media

Previous Post

"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu

Next Post

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.