Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib “Köhlən atlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Cavid Cəlilov idarə edib. Gərgin keçən oyun 3:2 “Qarabağ”ın xeyrinə sonlandı
“Qarabağ”-“Araz-Naxçıvan”-3:2
Qollar: 8. Joni Montiel(1;0)67. Renaldo Sefas(2:0), 89. Musa Qurbanlı(3:1) // 72. Luka Dumançiç(2:1), 90+3 Ağadadaş Salyanskiy
Qırmızı vərəqələr: //
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna Cümə günü start verilib. PFL dünənə iki qarşılaşma təyin etmişdi.
Günün ilk oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. “Qırmızı-qaralar”la “pələnglər”in görüşünü Rauf Cabarov idarə edib. Gərgin keçən matç 2:1 “Qəbələ”nin xeyrinə başa çatıb.
“Qəbələ”-“İmişli”-2:1
Qollar: 15. Kouya Mabea(1:0) 66. Karim Rossi(2:1) // 45+2. Dioqo Almeyda(1:1)
Qırmızı vərəqələr: //
Günü ikinci qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Sarı-göylər”lə “şirlər”in qarşılaşmasını Vüqar Həsənli idarə edib. Matç 1:4 “Şamaxı”nın xeyrinə başa çatıb.
“Kəpəz”-“Şamaxı”-1:4
Qollar: 56. Desmond Akua(1:2)//9. Tornike Axvlediani(0:1), 21. Uğur Cahangirov(0:2),63. Ayman Bouali(1:3),76. Həbib İsmayılov(1:4)
Qırmızı Vərəqələr //
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edib. “Bayquşlar”la “Mavi qartallar”ın görüşünü İnqilab Məmmədov idarə edib. Görüşdə “Sabah” “Zirə”ni darmadağın edib
“Sabah”-“Zirə”-5:0
Qollar: 7. Veliko Simiç(1:0),13. Coy Leys Mikles(p)(2:0), 30. Coy Leys Mikels(3:0),51. Kristian Nvaçukvu(4:0), 57. Coy Lens Mikels(5:0) //
Qırmızı vərəqələr //
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şəfa”nı qəbul edib. “Ağ-qaralar”la Bakı təmsilçisnin qarşılaşmasını Əliyar Ağayev idarə edib. Matç 4:1 “Neftçi”nin xeyrinə sonlandı
“Neftçi”-“Şəfa”-4:1
Qollar: 35. Rüfət Abbasov(1:0), 64. Alen Şkribek(2:1), 66. Alen Şkriberq(3:1) 79. Breno Almeyda(p)(4:1)// 48. Murad Musayev(1:1)
Qırmızı vərəqələr //
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək idarə edib. Gərgin keçən oyun 2:1 “Turan-Tovuz” xeyrinə başa çatıb.
“Turan Tovuz”-“Sumqayıt”-2:1
Qollar: 20. Jo Batista(1:1), 60. Xorxe Silva(2:1) // 9. Ronaldo Vaskez(0:1)
Qırmızı vərəqələr: //
