Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika stadionu”nda “Neftçi”ni qəbul edirb “Köhlən atlar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edib. Görüşdə tərəflər hərəyə üç dəfə fərqlənərək bir xala qane olub.
“Qarabağ”-“Neftçi”-3:3
Qollar: 18.Aleksey Kaşuk(1:1),89. Renaldo Sefas(2:3), 90+5. Kadi Borqes(3:3)//11. Qustavo Klisman(0:1), 34. Qustavo Klisman(1:2), 52. Draqolyub Saviç(1:3)
Qırmızı vərəqələr: //
Turun digər görüşləri Oktyabrın 18-də baş tutacaq. 18 Oktyabrda iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “İmişli” “Yevlax şəhər stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Pələnglər”lə “boz qurd”un oyununu Nicat İsmayıllı idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında isə qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə şəhər stadionu”da “Zirə”ni qəbul edəcək. “Sarı-göylər”lə “mavi qartallar”ın görüşünü Emin Əliyev idarə edəcək.
Qeyd ediyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı şəhər stadionu”da “Şəfa”nı qəbul edib. “Şirlər”lə Bakı təmsilçisinin görüşünü Rəvan Həmzəzadə idarə edib. Matçda geri dönüş edən “Şamaxı” matçdan 3:2 qalib ayrılıb.
“Şamaxı”-“Şəfa”-3:2
Qollar: 65. Jota Oliveyra(1:2), 81. Həbib İsmayılov(2:2), 90+5. Rikardo Apolinario(3:2) // 5. Elnur Cəfərov(0:1), (p) 56. Rauf Hüseyinli(0:2)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. “Kimyaçılar”la Muxtar Respublika təmsilçisinin görüşünü Vüqar Həsənli idarə edib. Görüş 2:1 “Sumqayıt”ın xeyrinə başa çatıb.
“Sumqayıt”-“Araz-Naxçıvan”-2:1
Qollar: 62 Ronaldo Vaskez(1:1) 82. Nihad Əhmədzadə(2:1) //32. Alberto Fernandes(0:1)
Qırmızı vərəqələr: // 85. Ağadadaş Salyanski(2 sarı)
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk oyununda “Qəbələ” “Qəbələ şəhər stadionu”nda “Sabah”ı qəbul edib “Qırmızı-qaralar”la “bayquşlar”ın oyununu Əliyar Ağayev idarə edib. Matç 0:2 “Sabah”ın xeyrinə başa çatıb.
“Qəbələ”-“Sabah”-0:4
Qollar: // 45+1. Abdulla Xaybullayev(0:1), 74. Aleksey İsayev(0:2), 88. Coy Lens Mikels(0:3), 90+3. Aleksey İsayev(0:4)
Qırmızı vərəqələr: //
