Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Köhlən atlar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Qarabağ”ın start heyəti:
1. Şahruddin Məhəmmədəliyev (GK)(C)
8. Marko Yankoviç
20. Kadi Borqes
2. Mateus Silva
5. Bruno Lanqa
9. Zakaria Savo
25. Cebrail Makreçkis
21. Aleksey Kaşuk
7. Jali Muaddib
35. Pedro Bikalyo
4. Bense Varkony
“Qarabağ”ın ehtiyat oyunçuları:
23. Martin Zlomisliç(GK)
12. Teymur Həsənov(GK)
55. Bədavi Hüseynov
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
10. Joni Montiel
29. Renaldo Sefas
11. Reda Xadra
88. Samuel Lobato
39. Jeremi Qnal
“Qarabağ”ın baş məşqçisi: Qurban Qurbanov
“Neftçi”nin start heyəti:
93. Rza Cəfərov(GK)
3. Rüfət Abbasov
77. Falaye Sako (C)
5. İqor Ribeyro
55. Endryu Qravilyon
29. Lyubomir Tupta
33. Breno Almeyda
26. Adeleke Akinyemi
20. Qustavo Klisman
88. Viçko Şevel
11. Alen Şkribek
“Neftçi”nin ehtiyat oyunçuları:
81. Məhdi Həsənov(GK)
8. Emin Mahmudov
14. Elvin Bədəlov
7. Emil Səfərov
6. Sessi Dalmeyda
24. Mustafa Sek
18. İfeanyi Metyu
97. Bassala Sambu
70. Andrey Ştoqrin
10. Freddi Varqas
22. Denzel Jubitana
27. Draqolyub Saviç
“Neftçi”nin baş məşqçisi:Yuri Vernidub
Turun digər görüşləri Oktyabrın 18-də baş tutacaq. 18 Oktyabrda iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “İmişli” “Yevlax şəhər stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Pələnglər”lə “boz qurd”un oyununu Nicat İsmayıllı idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında isə qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə şəhər stadionu”da “Zirə”ni qəbul edəcək. “Sarı-göylər”lə “mavi qartallar”ın görüşünü Emin Əliyev idarə edəcək.
Qeyd ediyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı şəhər stadionu”da “Şəfa”nı qəbul edib. “Şirlər”lə Bakı təmsilçisinin görüşünü Rəvan Həmzəzadə idarə edib. Matçda geri dönüş edən “Şamaxı” matçdan 3:2 qalib ayrılıb.
“Şamaxı”-“Şəfa”-3:2
Qollar: 65. Jota Oliveyra(1:2), 81. Həbib İsmayılov(2:2), 90+5. Rikardo Apolinario(3:2) // 5. Elnur Cəfərov(0:1), (p) 56. Rauf Hüseyinli(0:2)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. “Kimyaçılar”la Muxtar Respublika təmsilçisinin görüşünü Vüqar Həsənli idarə edib. Görüş 2:1 “Sumqayıt”ın xeyrinə başa çatıb.
“Sumqayıt”-“Araz-Naxçıvan”-2:1
Qollar: 62 Ronaldo Vaskez(1:1) 82. Nihad Əhmədzadə(2:1) //32. Alberto Fernandes(0:1)
Qırmızı vərəqələr: // 85. Ağadadaş Salyanski(2 sarı)
