
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Zirə”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən oyun 1:3 “Qarabağ”ın xeyrinə başa çatdı
xxxx
Oyunun 72-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın üçüncü topuna imza atdı-“Zirə”-“Qarabağ”-1:3
xxxx
Oyunun 70-cı dəqiqəsində Ceyhun Nuriyev qolu “Zirə” ilə hesab arasındakı fərqi azaltdı-“Zirə”-“Qarabağ”-1:2
xxxx
Oyunun 55-ci dəqiqəsində Kamilo Duran “Qarabağ”ın ikinci topuna imza atdı-“Zirə”-“Qarabağ”-0:2
xxxx
“Zirə”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edir. “Mavi qartallar”la “köhlən atlar”ın görüşünü Fərid Hacıyev idarə edir. Artıq oyunun 22-ci dəqiqəsində Joni Montielin qolu ilə hesabı açdı-“Zirə”-“Qarabağ”-0:1.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq.Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Sarı-göylərlə” “boz qurdu”un qarşılaşmasını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralarla” “Ağ-qaralar”ın görüşününi Elçin Məsiyev idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turuna dünən start verilib. Açılış günün də iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 37-ci dəqiqəsində “Araz-Naxçıvan” Hamidu Keytanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-1:0. Oyunun 40-cı dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:0. İlk hissə “Araz-Naxçıvan”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində Kayl Spens qolu ilə “Araz-Naxçıvan” hesab arasındakı fərqi azaldıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:1. Gərgin keçən matç 2:1 “Araz-Naxçıvan”ın xeyrinə başa çatıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0. Oyunun 78-ci dəqiqəsində “Şamaxı” Karrim Rossinin qolu ilə hesabı açdı-“Sumqayıt”-“Şamaxı”-0:1. Bu görüşdə vurulan yeganə qol olub və “Şamaxı” matçdan 0:1 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edib. Artıq 10-cu dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açıb-“İmişli”-“Sabah”-0:1. Oyunun 15-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“İmişli”-“Sabah”-0:2. Oyunun 35-ci dəqiqəsində Coy Lens Mikels dubl edərək özünün ikinci və “Sabah”ın üçüncü topuna imza atıb-“İmişli”-“Sabah”-0:3. İlk hissə “Sabah”ın 0:3 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 49-cu dəqiqəsində Kahim Parris “Sabah”ın dördüncü topuna imza atıb-“İmişli”-“Sabah”-0:4.Oyunun 73-cü dəqiqəsində Aleksey İsayev “Sabah”ın beşinci topuna imza atıb-“İmişli”-“Sabah”-0:5. Bu matçda vurulan son qol oldu və “Sabah” rəqibini 0:5 darmadağın etdi
