• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir?

21 Avqust, 26 / 15:04
A A
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir?

Dünən UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” – “Qarabağ” matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb.

Nəzər.Media qol.az-a istinadən xəbər verir ki, söhbət albaniyalı Emanuela Rustadan gedir. 32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub.

1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan olan Rusta ölkəsinin ən tanınmış qadın futbol hakimlərindəndir. O, 2019-cu ildə FIFA referisi statusunu alan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.

Rusta 2023-cü ilin iyununda UEFA hakimlərinin birinci kateqoriyasına yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı olub.

Albaniyalı referi ölkəsində kişilər arasında yüksək liqa matçlarını da idarə edib. FIFA-nın hazırkı siyahısında Rusta həm baş hakim, həm də video-hakim kimi yer alır.

Onun kişilərin avrokubok yarışlarında da təcrübəsi var. Rusta 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin FCSB – SSKA-1948 (3:2) oyununda 4-cü hakim olub.

2025/26 mövsümündə isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Austriya” (Vyana) – “Banik” (Ostrava) matçında eyni funksiyanı yerinə yetirib.

Rusta qadın futbolunda daha yüksək səviyyəli beynəlxalq oyunlarda baş hakim kimi çalışıb. 2024-cü ildə UEFA Qadınlar Çempionlar Liqasında “Benfika” – “Barselona” matçını idarə edən ilk albaniyalı qadın hakim olub.

Previous Post

Sabah 40 dərəcə isti olacaq

Next Post

Polis Bakıda əməliyyat keçirdi - Saxlanılan var

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.