• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görə

09 Mart, 26 / 16:21
A A
Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görə

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Qlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinin demək olar ki dayanması və Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) obyektində istehsalın dayanması Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub.

Avropanın əsas qaz ticarət platforması olan TTF-də fevralın 27-də (ABŞ və İsrailin İrana hücumlarından əvvəl) aprel fyuçersləri üzrə qazın qiyməti meqavat-saat üçün 31,95 avro təşkil edirdisə, Yaxın Şərqdə müharibə fonunda ötən bir həftədə qiymətlər 67% artaraq 53,4 avroya yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 11:00-də isə 68,5 avroya qədər artıb.

Beləliklə, qiymətlər birjanın açılışında ötən həftənin cümə günü qeydə alınan bağlanış səviyyəsi ilə müqayisədə 28,5% yüksəlib.

Eyni zamanda Avropanın qaz anbarlarında doluluq səviyyəsinin 30%-dən aşağı düşməsi də qiymətlər üzərində əlavə yüksəliş təzyiqi yaradır.

Qeyd edək ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə təxminən 93%-i bu marşrutla beynəlxalq bazarlara çatdırılır.

Məlumata görə, İran tərəfindən Hörmüz boğazından keçən, xüsusilə ABŞ və İsraillə əlaqəli ticarət gəmilərinə hücumlardan sonra 7 mart tarixinə qədər boğazdan yalnız bir gəmi keçə bilib, neft və ya LNG daşımaları isə faktiki olaraq həyata keçirilməyib.

//Apa

Previous Post

Yük maşını qum topasına çırpıldı: 3 yaralı

Next Post

Türkiyə MN İrandan atılan ballistik raketlə bağlı açıqlama YAYDI

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.