• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

QHT sədri “İdrak” litseyindəki insidentə sərt münasibət bildirdi

06 Fevral, 26 / 19:11
A A
QHT sədri “İdrak” litseyindəki insidentə sərt münasibət bildirdi

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “İdrak”liseyində şagird müəllimi güllələyib. Baş vermiş insident cəmiyyətdə geniş rezonansa səbəb olub. Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov özünün “facebook” sosial şəbəkə hesabında baş vermiş insidentə münasibət bildirib.

Nəzər.Media Fuad Əsgərovun paylaşımını sizlərə təqdim edir:

“Biz bir cəmiyyət olaraq illərdir şagirdin gözü qarşısında müəllimin nüfuzunu güllələyirdik. Onu gülüş və tənqid hədəfinə çevirdik, müəllimi şagird qarşısında kiçildib, aciz hala saldıq, təhsil verdiyi auditoriya qarşısında müdafiəsiz qoyduq. Sinif otağında deyilən bir kəlməni, verilən bir iradı video görüntülərlə sosial mediada linç mədəniyyətinə çevirdik.

Müəllimin şəxsiyyətinə hörmət anlayışı tədricən maddi “hörmətə” çevrildi. Burada müəllimin də, təhsil sisteminin də günahı bizim qədər idi. Bu proses səssiz getsə də, cəmiyyətin hər bir fərdinin iştirakı ilə baş verdi. Təəssüf ki, bütün bunlar azyaşlı şagirdlərin gözü önündə, onlarla birlikdə böyüdü. Birinci sinifdən on birinci sinifə qədər yığılan bu münasibət sonda müəllimə silah qaldıracaq həddə çatdı.

Müəllim artıq cəmiyyətin mənəvi dayağı deyil, asanlıqla hədəfə çevrilən bir “atəş obyektinə” döndü. Onun peşəkarlığına yox, səhvinə fokuslandıq. Onu şəxsiyyət kimi deyil, ittiham obyekti kimi gördük.

Bu gün isə illər boyu nüfuzdan salınmış müəllimin cəmiyyətin gözü qarşısında özü güllələndi. Bu, sadəcə bir cinayət hadisəsi deyil. Bu, dərin və kollektiv bir faciədir. Bu, cəmiyyətin öz əlləri ilə hazırladığı dəhşətin nəticəsidir.

Burada təkcə bir gənc müəllimə güllə atılmadı. Müəllim adına, müəllimin şəxsiyyətinə, hörmətinə güllə atıldı. Təhsil sisteminə olan inam isə son nəfəsini verdi. Bu hadisənin sadə izahı yoxdur. Hətta şərh vermək belə çətindir. Çünki məsuliyyət yalnız bir nəfərin üzərində deyil. Məsuliyyət illərdir susan, görməzlikdən gələn hər birimizin payına düşür.

Bu günkü silahlı hadisədə yaralanan gənc müəlliməyə Allah şəfa versin. Onun yaşaması hamımız üçün sevindiricidir. Amma etiraf etməliyik ki, təhsilimizə olan güvən ağır zərbə aldı, bəlkə də öldü.

Əgər bu gün də məsələni yalnız fərdi hadisə kimi təqdim edib köklü problemləri görməzdən gəlsək, sabah daha ağır nəticələrlə üzləşəcəyik. Müəllimi qorumaq təkcə bir peşəni deyil, cəmiyyətin gələcəyini, varlığını qorumaq deməkdir.

Bu hadisə bizi silkələməlidir. Düşdüyümüz bu acınacaqlı vəziyyətdən çıxmaq üçün birgə addımlamağı öyrətməlidir. Çünki bu artıq sadəcə bir hadisə deyil. Bu, hamımıza, gələcəyimizə tutulmuş acı bir güzgüdür.” -deyə Fuad Əsgərov öz paylaşında qeyd edib.

Previous Post

Türkiyənin reytinqli serialında mahnımız səsləndi - VİDEO

Next Post

Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.