• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

QHT sədri: “Naxçıvana edilən dron hücumu Azərbaycanın ərazi bütövlüyünə açıq təhdiddir”

05 Mart, 26 / 23:12
A A
QHT sədri: “Naxçıvana edilən dron hücumu Azərbaycanın ərazi bütövlüyünə açıq təhdiddir”

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Vətəndaş cəmiyyəti nümayəndəsi Fuad Əsgərov Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura İrana məxsus pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücum cəhdlərini sərt şəkildə tənqid edib.  QHT sədri Nəzər.Media saytına açqlamasında  bu hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təhdid və terror aktı kimi qiymətləndirib.

“Bu hadisə sadəcə təsadüfi bir insident deyil. Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təhdiddir. Azərbaycan xalqı çətin anlarda mübarizə aparmağı bacaran, eyni zamanda daim sülh və sabitlik tərəfdarı olan bir xalqdır. Lakin təəssüf ki, biz humanizm və mehriban qonşuluq prinsiplərinə sadiq qaldıqca, İran və onun timsalında ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdən qüvvələrin təxribatları səngimək bilmir.
Hamımız yaxşı xatırlayırıq ki, İran illər boyu işğal altında olmuş Azərbaycan torpaqlarında düşmənimizə müxtəlif formalarda dəstək xarakterli fəaliyyətlərə şərait yaradıb, dəfələrlə qanunsuz sərhəd pozuntularına yol verib. Yaxın keçmişə nəzər salsaq, İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların Xəzər dənizinin Azərbaycan sektorunda görünməsi və hava məkanımıza daxil olaraq manevrlər etməsi də bu aqressiv davranışların nümunələrindən idi.
Bu gərginlik 27 yanvar 2023-cü ildə pik həddə çatdı. Həmin gün Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirildi və hadisə faciəvi nəticələrlə yadda qaldı. Bütün bunlara baxmayaraq, biz yenə də təmkin nümayiş etdirərək gərginliyin artmaması üçün səbr və diplomatik yanaşma sərgilədik, mehriban qonşuluq münasibətlərinin qorunmasına üstünlük verdik.”

Bu gün isə Naxçıvana dron hücumunun həyata keçirilməsi bir daha göstərir ki, bəzi qüvvələr regionda sabitliyi pozmaq niyyətindən əl çəkmirlər. Unudulmamalıdır ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun təhlükəsizliyinə yönələn hər hansı təhdid birbaşa dövlətimizin suverenliyinə qarşı yönəlmiş düşmənçilik aktı kimi qiymətləndirilir.
Şübhəsiz ki, belə hallarda vətəndaş cəmiyyəti dövlətin və xalqın yanında dayanır. Biz açıq şəkildə bəyan edirik ki, Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı yönələn hər bir addım qətiyyətlə pislənir. Dövlətimiz və cəmiyyətimiz bu cür təhdidlər qarşısında hər zaman birlik nümayiş etdirəcəkdir.”-deyə QHT sədri bildirib.

Previous Post

Yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək

Next Post

Kaspersky: Azərbaycanda idman qadcetlərinin populyarlaşması şəxsi məlumatların sızması riskini artırır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.