Bu gündən etibarən Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən, məktəblərdə dünyəvi geyim qaydalarının tətbiqinə başlanılıb. Bəzi məktəblərin qarşısında qaydaların tətbiqi zamanı xoşagəlməz insidentlər yaşanıb. Xaricdən idarə olunduğu iddia edilən bəzi sosial şəbəkə hesablarında isə insanlara qanunlara qarşı çıxmaq, aksiya keçirmək və itaətsizliyə çağırışlar edilib.
Nəzər.Media xəbər verir ki, məsələ ilə bağlı “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.
“Heç bir təxribata uymayın, heç bir çağırışa aldanmayın. Emosiyaların təsiri altında qərar verməyin. Hər bir addımımızı sağlam düşüncə, soyuqqanlılıq və milli maraqlarımızı əsas götürərək ataq.
Unutmayaq ki, təmkin zəiflik deyil, gücün və müdrikliyin göstəricisidir. Təxribatlara uymamaq, birliyimizi qorumaq və məsuliyyətli davranmaq hər birimizin vətəndaşlıq borcudur”, – deyə Fuad Əsgərov paylaşımında bildirib.
//Nəzər.Media
