“Real Madrid” və Fransa milli komandasının hücumçusu Kilian Mbappe 2026-cı ilin “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
27 yaşlı futbolçunun açıqlamalarını Fransanın nüfuzlu “L’Équipe” nəşri yayıb.
Kilian Mbappe mükafata kimin layiq olduğunu düşündüyünü açıqlayarkən seçiminin özündən yana olacağını bildirib:
“Qızıl top”u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı. Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı”.
Fransalı ulduz özünü dünyanın ən yaxşı futbolçusu hesab edib-etməməsi ilə bağlı suala da münasibət bildirib:
“Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil”.
Qeyd edək ki, Kilian Mbappe İspaniya çempionatının cari mövsümündə 4 matçda 4 dəfə fərqlənib. “Real Madrid” növbəti görüşünü Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda keçirəcək. “Kral klubu” doğma meydanda Milannın “İnter” klubunu qəbul edəcək.
//milli.az
