ABŞ-da aparılan yeni araşdırma qulaqda cingiltinin (tinnitus) səbəbinə dair mühüm nəticə ortaya qoyub.
Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri serotoninin bu vəziyyətdə rol oynadığını müəyyən ediblər.
“Xoşbəxtlik hormonu” kimi tanınan serotonin beynin eşitmə mərkəzində sinir hüceyrələrini həddən artıq həssas edir. Bu isə xarici səs olmasa belə beynin “səs var” siqnalı yaratmasına səbəb olur. Alimlər bu kəşfin gələcəkdə tinnitusun müalicəsi üçün yeni üsullara yol aça biləcəyini bildirir.
//Nəzər.Media
