Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təhlükə xəbərdarlığından sonra üç partlayış səsi eşidilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, şəhərdə erkən xəbərdarlıq sistemi işə düşüb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi qısa müddət sonra təhlükənin sovuşduğunu açıqlayıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib. Ərəb koalisiyası Yəməndən Riyada atılan ballistik raketin zərərsizləşdirildiyini bildirib.
//Nəzər.Media
