• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Ronaldo Corcina ilə tanışlığından danışdı

19 Avqust, 26 / 18:18
A A
Ronaldo Corcina ilə tanışlığından danışdı

Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb.

Nəzər.Media lent.az-a istinadən bildirir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki “Gucci” mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmin gün əslində işdə olmamalı imiş. O, rəfiqəsini əvəz etmək üçün növbəyə çıxıb.

Elə həmin gün Ronaldo 6 yaşlı oğlu Ronaldo Juniorla birlikdə mağazaya daxil olub. Futbolçu ilk görüşü xatırlayaraq əvvəlcə Corcinaya arxası tərəf dayandığını, daha sonra çevrilərək onu gördüyünü bildirib. Ronaldo həmin anı yuxuya bənzədib.

“O, həyatımın sevgisidir. Ümid edirəm ki, mən də onun həyatının sevgisiyəm”, – Ronaldo deyib.

Corcina isə onların qarşılaşmasını təsadüf yox, tale hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin gün iş yoldaşını əvəz etməsəydi, Ronaldo ilə yolları kəsişməyə bilərdi.

İlk görüşdən sonra cütlük zaman-zaman yenidən qarşılaşıb və münasibətləri inkişaf etməyə başlayıb. 2017-ci ilin yanvarında Corcina ilk dəfə Ronaldo ilə birlikdə rəsmi tədbirdə görüntülənib. Həmin ilin mayında isə futbolçu sosial şəbəkədə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.

Tanışlıqlarından 10 il sonra, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində evlərində təşkil olunan qapalı mərasimlə nikahlarını rəsmiləşdiriblər. Toy mərasimində onların beş övladı da iştirak edib. Corcina toy üçün ağ “Gucci” kostyumu seçib. Bu seçim onların sevgi hekayəsinin məhz “Gucci” mağazasında başlamasına xüsusi işarə kimi qiymətləndirilib.

Previous Post

Bu qızı görənlər dərhal polisə məlumat versin

Next Post

Bu universitet müəllimlik oxuyan oğlan tələbələrə pul verəcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.