Rusiya Ukraynada seçkilərin keçirilməsi üçün irəli sürülən 60 günlük atəşkəs təklifini qəbul etməyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kreml müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh sazişinin tərəfdarıdır.
Kremlin sözçüsü Dmitri Peskov Moskvanın mövqeyini açıqlayıb. O bildirib ki, Rusiya yalnız seçki günü üçün bir günlük atəşkəsə razı ola bilər. Ukrayna Prezidenti Volodimir Zelenski isə seçkilərin keçirilməsi üçün 60 günlük fasilə istəyib.
//Nəzər.Media
