ABŞ mətbuatı Rusiyanın İrana hipersəsli qanadlı raket hazırlamaqda gizli yardım etdiyini yazıb. Nəzər.Media Türkiyənin “Hüriyət” qəzetinə istinadən xəbər verir ki, İddialara görə, “C340L” layihəsi 2023-cü ildə başlayıb.
Layihə çərçivəsində İrana ramjet mühərrik texnologiyasının ötürüldüyü bildirilir. Mütəxəssislər bu texnologiyanın ABŞ hərbi gəmilərinə təhlükəni artıra biləcəyini deyirlər. İranın bu sistemi döyüşdə istifadə etdiyinə dair isə hələlik sübut yoxdur.
//Nəzər.Media
