Kreml NATO Zirvəsi ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Moskva toplantını diqqətlə izlədiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov zirvənin Rusiya üçün mühüm əhəmiyyət daşıdığını deyib.O, tədbirdə qəbul olunacaq qərarların yaxından izlənəcəyini vurğulayıb.Peskov zirvə öncəsi Rusiya ilə bağlı bəzi sərt bəyanatların səsləndiyini qeyd edib. O, həmin açıqlamaların nəyə əsaslandığını tam başa düşmədiklərini də əlavə edib.
//Nəzər.Media
