ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın dərhal qüvvəyə minəcək atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklif edib.
Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını istəyib. O, bunun qarşılığında Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduqlarını bildirib. Ukrayna lideri atəşkəsin qarşılıqlı addımlarla təmin edilməli olduğunu vurğulayıb.
//Nəzər.Media
