Rusiyanın “Rosatom” şirkəti Zaporojye Atom Elektrik Stansiyasına hücumla bağlı narahatlığını ifadə edib. Nəzər.Media Türkiyənin “Hürriyər” qəzetinə istinadən xəbər verir ki, şirkət rəhbəri Aleksey Lixaçov hücumun təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, stansiyada baş verə biləcək yanğın və ya partlayış ciddi nəticələrə səbəb ola bilər. Lixaçov bunun nüvə qəzası riskini artırdığını vurğulayıb. Hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələr aparılacaq.
//Nəzər.Media
