Rusiyada seçkilər öncəsi qalmaqal yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verri ki, “Yabloko” partiyası seçkidən kənarlaşdırılıb.
Qərarı Rusiya Ali Məhkəməsi verib. Partiya müharibə əleyhinə şüarlar səsləndirməkdə və qanunsuz maliyyələşmədə ittiham olunub. “Yabloko” bütün ittihamları sübutlarla təkzib edib. Buna baxmayaraq, məhkəmə partiyanın seçkidə iştirakını qadağan edib. Partiya rəhbərliyi qərardan şikayət verəcəyini açıqlayıb.
//Nəzər.Media
