Rusiya Ukraynanın Kiyev və Xarkov şəhərlərinə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kiyevə raket və PUA-larla hücum zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Xarkovda isə hücum nəticəsində 6 nəfər həyatını itirib. Burada ən azı 10 nəfərin yaralandığı bildirilib. Hücumlar zamanı mülki obyektlərə də zərər dəyib.
//Nəzər.Media
