Rusiya yeni nəsil hücum pilotsuz uçuş aparatlarından istifadəni artırır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, yeni aparatların bəzi modelləri saatda 480 kilometrdən çox sürət yığa bilir.
Bu PUA-lar əvvəlki modellərdən daha ağır yük daşıya bilir. Bəzi modellərin hədəfi görüntü vasitəsilə tanıya bildiyi və əlaqə kəsildikdə uçuşu davam etdirdiyi bildirilir. Yeni texnologiya Avropanın hava hücumundan müdafiəsi ilə bağlı narahatlıqları artırıb.
//Nəzər.Media
