NATO-nun baş katibi Mark Rutte Rusiyadan NATO-ya yaxın təhlükə olmadığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Rutte Vladimir Putinin NATO-nu heç vaxt məğlub edə bilməyəcəyini bildiyini deyib.
Rutte NATO-nun Rusiyadan daha güclü olduğunu söyləyib. O, ittifaqın ərazisini qorumağa hazır olduğunu vurğulayıb. Rutte həmçinin Rusiyanın nüvə təhdidlərini dayandırmasını istəyib.
//Nəzər.Media
