Səudiyyə Ərəbistanı beynəlxalq investisiya toplantısını gələn ilə keçirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, qərar artan husilərin hücumlarından sonra qəbul edilib.
“Gələcəyə İnvestisiya Təşəbbüsü” konfransı oktyabrın 26–29-da keçirilməli idi. Tədbirə dünyanın aparıcı maliyyə və iş dünyasının nümayəndələri qatılır. Konfransın yeni tarixi yaxın vaxtlarda açıqlanacaq.
//Nəzər.Media
