Səudiyyə Ərəbistanında neft şirkətinə məxsus binaya hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Zəhran şəhərində baş verib.
Hücum zamanı binada yanğın yaranıb. Hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi raketin qalıqları yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alanlar barədə binaya aid məlumatda bildirilməyib, evlərə düşən raket qalıqları ilə bağlı isə dörd nəfərin yaralandığı açıqlanıb.
//Nəzər.Media
