Avrokuboklardakı yeganə təmsilçimiz “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Bakı Olimpia Stadionu”nda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edib. Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Xavyer Alberola olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Alfredo Moreno və Karlos Alvarez Fernandes kömək edib. Dördüncü hakim funksiyasını isə Viktor Qarsiya yerinə yetirib. VAR-da Sesar Soto Qradoya Valentin Qomes kömək edib. Qarşılaşma 1:2 “Borussiya Dortmund”un xeyrinə başa çatıb.
“Sabah”-“Borussiya Dortmund”-1:2
Qollar: 39.Aden Makkarti(1:1)//10. Seru Qirassi(0:1), 55.Seru Qirassi(1:2)
Qırmızı vərəqələr: //
