
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
//milli.az
